məişət maşın və cihazlarının təmiri emalatxanası

Məişət maşın və cihazlarının (soyuducuların, tozsoranların, televizorların, saçqurudanların, velosipedlərin, musiqi alətlərinin, şirə və ət çəkən maşınların, hesablama və yazı maşınlarının və s.) təmiri, silinməsi və yağlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu obyektlər ayrı-ayrı maşın, cihaz və məişət texnikalarının təmiri üzrə ixtisaslaşa bilər. Onlar müvafiq avadanlıqlarla təmin edilməlidirlər

məişət abonenti
məişət tullantıları
OBASTAN VİKİ
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Din və məişət (jurnal)
"Din və məişət" (tatar. دنیا و معیشت — Дин вә мәгыйшәт; daha əvvəl tatar. دنیا و معیشت — Дөнья вә мәгыйшәт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində nəşr olunmuş məcmuə (jurnal). Tatar burjuaziyasının, mürtəce və monarxist ruhanilərin fanatik qütbünün orqanı. == Tarixi == Birinci nömrəsi 1906-ci il dekabrın 31-də "Dünya və məişət" adı altında çıxmış, sonrakı nömrələr "Din və məişət" adlandırılmışdır. 1910–1911-ci illərdə yenə "Dünya və məişət" adı ilə çıxmışdır. == Haqqında == Naşiri Molla Vəli Hüseynov (Məhəmmədvəli Hüseynov), redaktoru müəzzin Zahidulla Xayrulin olmuşdur. Dini klerikalizm mövqeyində duran jurnal yeni və mütərəqqi ideyaların əieyhinə ardıcıl mübarizə aparırdı. Jurnal mütərəqqi tatar ziyalılarının aramsız tənqidinə hədəf olmuşdu. Din və məişətin məzmunsuzluğu "Molla Nəsrəddin" jurnalının ardıcıl tənqid hədəflərindən idi.
DNT təmiri
DNT təmiri — DNT təmiri, bir hüceyrənin genomunu kodlayan DNT molekullarının zədələnməsini müəyyən ederək düzəltdiyi bir müddətdir. İnsan hüceyrələrində həm normal metabolik aktivlik, həm də radiasiya kimi ətraf mühit faktorları DNT zədələnməsinə səbəb ola bilər və nəticədə gündə hüceyrə başına on minlərlə fərdi molekulyar ziyan yaranır. == DNT-nin bərpası == Bu dəyişmələrin çoxu DNT molekulunun struktur zədələnməsinə səbəb olur və hüceyrənin təsirlənmiş DNT kodlarının yazdığı geni köçürmə qabiliyyətini dəyişdirə və ya ortadan qaldıra bilər. Digər dəyişmələr hüceyrənin genomunda, mitozdan sonra qız hüceyrələrinin sağ qalmasına təsir edən potensial təhlükəli mutasiyalara səbəb olur. Nəticədə, DNT quruluşunun zədələnməsinə cavab verdiyi üçün DNT bərpa prosesi daima aktivdir. Normal təmir prosesləri uğursuz olduqda və hüceyrə apoptozu meydana gəlmədikdə, ikiqat zəncirlər və DNT çapraz əlaqələri daxil olmaqla, düzəldilməz DNT zədələnməsi baş verə bilər. Nəticədə bu, iki vuruşun fərziyyəsinə görə bədxassəli şişlərə və ya xərçəngə səbəb ola bilər. DNT bərpa nisbəti, hüceyrə tipi, hüceyrə yaşı və hüceyrə xaricindəki mühit də daxil olmaqla bir çox amillərdən asılıdır. Çox miqdarda DNT zədələnmiş bir hüceyrə və ya DNT-sinə verdiyi ziyanı təsirli bir şəkildə düzəldə bilməyən bir hüceyrə, mümkün üç vəziyyətdən birinə girə bilər: yaşlanma olaraq bilinən geri dönməz bir yuxu vəziyyəti apoptoz və ya proqramlaşdırılmış hüceyrə ölümü olaraq da bilinən hüceyrə intiharı bədxassəli bir şiş meydana gəlməsinə səbəb ola biləcək tənzimlənməmiş hüceyrə bölgüsüBir hüceyrənin DNT-ni bərpa etmə qabiliyyəti, genomunun bütövlüyü və bu səbəbdən bu orqanizmin normal işləməsi üçün vacibdir. Başlanğıcda ömrünü təsir edən bir çox genin, DNT zədələrinin düzəldilməsi və qorunmasında iştirak etdiyi ortaya çıxdı.
Maşın və mexanizmlər nəzəriyyəsi
Maşın və mexanizmlər nəzəriyyəsi — maşın və mexanizmlərin tədqiqi və layihələndirilməsinin ümumi üsulları haqqında elmdir. Bu sahə ilk dəfə olaraq alman alimi Rölo tərəfindən fənn kimi ali təhsl sisteminə daxil edilmişdir. Mexanizmlər nəzəriyyəsində →maşın, aparat və →cihazların konkret tətbiq sahəsindən asılı olmayaraq bütün hallar üçün eyni olan mexanizmlərin xassələri öyrənilir (məsələn: dişli çarxlar). Elmin digər sahəsini, müxtəlif sahə maşınları üçün ümumi olan tədqiqat və layihələndirmə üsullarını öyrənən maşınlar nəzəriyyəsi təşkil edir. Mexanizmlər istənilən maşının əsasını təşkil etdiyindən bu iki sahə bir -biri ilə sıx əlaqədədir. == Məqsədi == Maşın və mexanizmlər nəzəriyyəsinin məqsədləri müxtəlifdir. Bunları aşağıdakı əsas qruplarda birləşdirmək mümkündür: mexanizmlərin sintezi, maşın və mexanizmlərin dinamikası (dinamik analiz) və maşın-avtomatlar nəzəriyyəsi. Sintez methodu ilə mexanizmin verilmiş hərəkətin icrası üçün lazım olan parametrləri tapılır. Mexanizmlərin dinamikasının araşdırılması onun bəndlərinin xarici qüvvələrin təsiri altında hərəkətinin öyrənilməsinə xidmət edir. Maşın-avtomatlar nəzəriyyəsinin əsasında onların ayrı-ayrı mexanizmlərinin uyğunlaşdırılmış şəkildə qurulma sxemləri və optimal iş şəraitinin təminatı durur.
Rəssam emalatxanası (Kurbe)
Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi (fr. L’Atelier du peintre. Allégorie Réelle déterminant une phase de sept années de ma vie artistique (et morale)) — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hal-hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir. == Tarixi və süjeti == Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi: Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur.
Məişət axıntıları
Məişət axıntıları – kommunal təsərrüfatının maye tullantıları. Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. Məişət axıntılarının yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən biri hesab olunur. == Məişət radiasiya yükü == Nüvə enerjisi istehsalı və ya radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada ionlaşdırcı şüaların insana təsiri, Məişət radiasiya yükü: məişət cihazlarından istifadə zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma ehtimalı var). == Məişət süzgəcləri (içməli su üçün) == Suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular. == Məişət (komunal) tullantıları == Məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəstəxana müəssəsisələrin məişət binaları tullantıları və s.). == Məişət tullantılarının istifadəsi == Tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s .
Məişət ekologiyası
Məişət ekologiyası — İnsan populyasiyasının mövcudluğu və inkişafını təmin edən, əhalinin sağlamlığının qorunması və inkişafına xidmət edən, adamların fiziki və mənəvi qüvvələrinin rekreatsiyasına şərait yaradan, onların təkrar istehsalını təmin edən, adamları mənəvi-psixoloji cəhətdən formalaşdıran və insanla ətraf mühitin qarşılıqlı təsir qanunauyğunluğu əsasında reallaşan sosial-bioloji, mənəvi-psixoloji şəraiti əhatə edən mikromühit kimi dəyərləndirilir. == "Məişət ekologiyası" anlayışı == Professor Sakit Hüseynov yazır ki, məişət ekologiyası anlayışı, başqa canlıların özünəməxsus yaşama yeri, insanın öz yaşama yeri, sosial-fəlsəfi baxımdan məişət şəraiti anlayışı kimi müəyyənləşdirilir. Bu mənada məişət ekologiyasını mənalandırarkən — insanın yaşma yeri olan mənzil-məişətin ekologiyası nəzərdə tutulur.Yaşamaq üçün hər bir canlı orqanizmin özünəməxsus yer seçməsi, oradan qida, su və s. tapması, zaman həddi ilə bağlı olan fəaliyyəti, müəyyən səbəbdən bir yaşayış yerini başqa yaşayış yeri ilə dəyişməsi, canlı orqanizmlərin həyat tərzi adlanır. Orqanizmin xarici aləmin, obyektiv təsirinə — işığa, temperatura, küləyə, yağışa, qara münasibəti də onun həyat tərzinə aiddir. Bu münasibətləri də ekologiya öyrənir.Professor Sakit Hüseynov göstərir ki, məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən — rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.Məişət ekologiyasına təsir edən amillər çoxcəhətlidir. Mövcud elmi ədəbiyyatın təhlili və yaşadığımız real həyatın sosiloji cəhətdən araşdırılması nəticəsində məisət ekologiyasının çirklənməsi və gərginləşməsinin qarşısını almaq üçün görüləcək tədbirləri tipoloji cəhətdən şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Ətraf mühit obyektlərinin təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısını almaq üçün (su, atmosfer havası və torpağın çirklənməsinin qarşısının alınması, bərk məişət tullantılarının zərəsizləşdirilməsi və s.) kompleks tədbirlərin həyata keçirilməsi.
Məişət janrı
Məişət janrı - gündəlik şəxsi və ictimai həyata həsr olunmuş incəsənət janrı. == Tarix == Bu janr Avropa antik dövründə yaranmışdır. Amma Qədim Yunanıstandan əvvəl Afrikada və qədim Misirdə gündəlik həyat səhnələrin rəsmini çəkirdilər.
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. == Tərkibi == ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşəATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Məişət xalçaları
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Məişət zorakılığı
Məişət zorakılığı — bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir. Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
Amfibiya maşın
Amfibiya daşıma, quruda təkərli və ya tırtıllı avtomobil, suda gəmi olaraq hərəkət etməyi bacaran nəqliyyat vasitəsidir. İkinci dünya müharibəsi dövründə əsas olaraq iki növü meydana çıxmışdır. ABŞ dəniz piyadaları korpusu üçün yaradılmış və daha çox tanka oxşayan LVT ilə quru qoşunlarının yardımı ilə yaradılmış həm rezin təkərli bir quru maşını, həm də pərli gəmi kimi işləyə bilən DUKW hesab olunur. Amfibiya maşınlarına oxşamasına rəğmən Hoverkraft kimi hava yastıqlı nəqliyyat vasitələri amfibiya sinifinə girmir.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Maşın hissələri
Maşın hissələri — maşınqayırmada işlədilən anlayış olub, yığma əməliyyatı aparmadan eyni bir materilaldan hazırlanan ən sadə maşın hissəsi nəzərdə tutulur.Başqa sözlə maşının özü sökülə bilməyən hissəsinə deyilir. O, maşınların mühəndislik prinsiplərinə əsaslanan layihələndirilməsi zamanı elementar tapşırıqların yerinə yetirilməsi üçün texniki vasitədir. Ona görə də, müxtəlif maşınlarda tətbiq olunan hissələr eyni funksiyaya malikdirlər (məsələn vallar, vintlər, oymaqlar və s.). Buna görə də, maşın hissələri fənni mühəndislik təhsilinin əsas hissəsini təşkil edir.Burada maşın hissələrinin ayrı-ayrılıqda və onların başqaları ilə birlikdə işləmə prinsipləri və hesablanması öyrədilir. Bir elm sahəsi kimi maşın hissələri nisbətən yaxşı araşdırılmış və bu sahədə kifayət qədər standart və normativlər hazırlanmışdır. Onlar kütləvi şəkildə istehsal olunduğundan nisbətən aşağı maya dyərinə malikdirlər. Onların yaxşı işləməsi hesabatla bərabər mexaniki emal texnologiyasından da möhkəm asılıdır. == Birləşmələr == Yiv birləşməsi Bolt birləşməsi Vint birləşməsi Sancaq birləşməsi Qaynaq birləşməsi Pərçim birləşməsi Yapışqan birləşməsi Val-oymaq tipli zəmanətli-gərilməli quraşdırma İşgil birləşməsi Şlis birləşməsi Profilli birləşmələr == Mexaniki Ötürmələr == Fırlanma hərəkəti icra edənlər Qayış ötürməsi Zəncir ötürməsi Friksion ötürməsi Variatorlar Dişli çarx ötürməsi Sonsuzvint ötürməsi Vallar Oxlar Yastıqlar Muftalar ƏyləclərDüzxətli hərəkəti icra edənlər Xətti birləşmələr == Başqaları == Kipləşdiricilər Boru birləşmələri Gövdə konstruksiyaları Yaylar. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik.
Maşın kodu
Maşın kodu - Assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli dildən translyasiyanın son nəticəsi; maşın kodu modu9clları mikroprosessor tərəfindən yüöklənən9 və yerinə yetirilən 1 və 06-ların ardıcıllığından ibarət olur. Maşın koduna 0həm də maşın dili (MACHINE LANGUAGE) deyilir, çünki o, kompüterlərin “başa düşdüyü” yeganə dildir (başqa proqramlaşdırma dillərinin hamısı insanların kompüteri spesifik məsələləri həll etməyə məcbur edə bilmələri üçün insan dilini strukturlaşdırmaq cəhdidir). Yüksək səviyyəli dildə yazılmış proqramları maşın koduna kompilyator-proqramlar çevirir (translyasiya edir) 8B542408 83FA0077 06B80000 0000C383 FA027706 B8010000 00C353BB 01000000 B9010000 008D0419 83FA0376 078BD98B C84AEBF1 5BC3 n-ci Fibonaççi ədədini hesablayan maşın kodu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Maşın öyrənmə
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Maşın öyrənməsi
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Maşın Şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Paltaryuyan maşın
Paltaryuyan maşın — tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyucu maddənin təsiri altında tekstilin sapları arasından yuyulur.Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi şlankın köməyi ilə xaric edilir.
великосве́тский воспламеня́емость кре́слице неукосни́тельно разноголо́сно сда́вливание те́йпы бурунду́чий дочища́ться затюко́вывание земляно́й лока́ция неду́рно бы нерегуля́рно собира́ться таранти́ть топы́риться famously gametogenesis gird up lawn-mower грязнить интегральный перетягивать убрать